Obama Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanunu təsdiqlədi

ABŞ prezidenti Barack Obama Ukraynaya Dəstək Qanununu (Ukraine Freedom Act) imzalayıb, lakin Rusiyaya qarşı bu qanunda nəzərdə tutulan sanksiyalar indilik tətbiq edilməyəcək.

Ukraynaya Dəstək Qanunu Ukraynaya silah yardımı göstərilməsini və Rusiya üzərinə yeni sanksiyaların qoulmasını nəzərdə tutsa da, texniki baxımdan bu müddəaların icrasını icbari etmir.

Başqa sözlərlə, Konqres tərəfindən qəbul olunmuş bu qanun Ağ Evə səlahiyyətlər verir, bu səlahiyyətlərdən istifadənin tərzini və vaxtını isə Ağ Ev özü müəyyən etməlidir.

Bu qanunda Rusiyaya qarşı müdafiə və enerji sektorunda daha sərt sanksiyaların qoyulması nəzərdə tutulub.

Sanksiyalar siyasəti dəyişməyib

Bununla bağlı Barack Obamanın bəyanatda deyilir ki, qanunun imzalanması “administraisyanın sanksiyalar siyasətinin dəyişməsi demək deyildir”.

Sanksiyalar, rublun məzənnədən düşməsi və neft qiymətlərinin enməsi Rusiya iqtisadiyyatında təlatüm yaradıb.

Sözü gedən qanunda həmçinin Ukraynaya kreditlər üçün əlavə təminatların verilməsi, ölkədəki enerji qıtlığının aradan qaldırılması üçün yardım göstərilməsi, Rusiya təbliğatına qarşı ABŞ-ın beynəlxalq yayınlarının maliyyələşdirilməsinin gücləndirilməsi nəzərədə tutulur.

Hədəfdə Krımdır

Rusiya üzərinə yeni sanksiyalar qoyulması məsələsinə gəlincə isə, Ağ Evin sözçüsü bildirib kİ, Barack Obama-nın imzaladığı qanun ona əlavə səlahiyyətlər verir, lakin bu səlahiyyətlərdən istifadə “uyğun zamanında” həyata keçiriləcək.

Bəyanatda deyilir ki, ABŞ Rusiya üzərinə sanksiyaların nəzərdən keçirilməsini davam etdirir və öz siyasətini Rusiyanın davranışına müvafiq olaraq quracaq.

Bundan əvvəl Barack Obama demişdi ki, Rusiya üzərinə hər hansı yeni sanksiyalar Avropa ilə birlikdə elə koordinasiya edilməlidir ki, Moskvaya zərbə vurmaqla, müttəfiqlər üçün ziyansız ötüşsün.

Dövlət Departamentinin sözçüsü Jen Psaki bildirib ki, Vaşiqnton hazırda spesifik olaraq Krımı hədəfləyən tədbirləri götür-qoy edir.

Dövlət Departamentinin sözçüsü Avropa İttifaqının Krım və Sevastopola investisiyaları qadağan edən yeni sanksiyalarının elan olunmasını alqışladığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar