"1998-ci il prezident seçkiləri ilə bağlı İsa Qəmbərin qəti və konkret fikri olub” 

“İsa Qəmbər demişdi ki, seçici heç vaxt seçki bülletenində onunla Elçibəyin adını birgə görməyəcək”

“Lalə Şövkətin mövqeyi yanlış yanaşmadır. 1998-ci il prezident seçkiləri ilə bağlı İsa Qəmbərin qəti və konkret fikri olub”. Bunu Modern.az saytına açıqlamasında Müsavat başqanının müavini Mehman Cavadoğlu ALP lideri Lalə Şövkətin ittihamlarına cavab verərkən deyib. O bildirib ki, həmin situasiyanı çoxları yaddan çıxarıb. “O vaxt İsa Qəmbər demişdi ki, seçici heç vaxt seçki bülletenində onunla Elçibəyin adını birgə görməyəcək”-deyən partiya funksioneri bu ifadənin İsa Qəmbərlə Ə. Elçibəy arasında razılığa gəlmək anlamında işlədildiyini vurğulayıb.

“1998-ci ildəki vahid namizəd məsələsini zaman-zaman gündəmə gətirirlər. Hərə öz istədiyi kimi yanlış istiqamətə yönəldir. 1998-ci ildə Elçibəylə İsa Qəmbər arasında problem olmayıb. Ümumi proseslər gedirdi. Bu proseslərdə müxtəlif namizədlər var idi. Vahid namizədlə bağlı deyilənlər gündəliyə çıxandan sonra məsələ Elçibəylə İsa Qəmbər arasında həll olunacaqdı”-deyə M. Cavadoğlu vurğulayıb. Başqan müavini əlavə edib ki, sadəcə olaraq həmin dövrdə proseslər başqa istiqamətə yönəldi və seçkiləri boykot qərarı verildiyindən vahid namizəd məsələsi həll olunmamış qaldı.

Xatırladaq ki, ALP lideri Lalə Şövkət mətbuata açıqlamasında bildirib ki, 1998-ci ildə o vahid namizəd kimi Ə. Elçibəyi dəstəkləsə də Müsavat başqanı İsa Qəmbər buna qarşı çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar