Pakistan ordusu hücuma keçib

Pakistan ordusunun bildirdiyinə görə, ölkənin şimal-qərbində 32 döyüşçünü öldürməyə müvəffəq olublar.

Dekabrın 19-da edilən açıqlamada deyilir ki, döyüşçülər Tiray vadisindən Əfqanıstanla sərhəddə yaxın olan Xayber rayonuna irəliləyən zaman hücum həyata keçirilib. Məlumatda deyilir ki, ordunun da üç əsgəri xəsarət alıb.

Bundan öncə də ordudan məlumat yayılmışdı ki, Xayber rayonuna yerdən və havadan hücum nəticəsində 27 döyüşçü öldürülüb. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar