Qazaxın Şıxlı kəndi haqda kitab yazılıb

Qazax rayonunun Şıxlı kəndinin tarixindən bəhs olunan kitab dərc olunub. Kitabın müəllifi Fəxrəddin Vəlizadədir.

"Birinci Şıxlı" kitabının yazılması Fəxrəddin müəllimin gənclik illərindən onun ürəyində olan bir arzusu olmuşdu. O, öz doğma kəndinin tarixini real faktlara, söhbətlərə, maddi-mədəniyyət nümunələrinə, tarixi əsərlərə, faktlara əsalanaraq yazmışdır. Heç də təsadüfi deyildir ki, müəllif kitabı belə adlandırır: "Gördüklərim, eşitdiklərim, bildiklərim, oxuduqlarım".

Kitabda Birinci Şıxlı kəndinin demək olar bütün sahələri əks olunmuşdur. Şıxlı kəndinin yaranması , Şıxlinskilərin şəcərələri, məşhur XVIII əsr Azərbaycan şairi M.V.Vidadi, onun şəcərəsi , Şıxlıda din, maarif, səhiyyə XIII-XIX əsr, AXC dövrü, Sovet hakimiyyəti dövrü öz əksinin tapmışdır. Kəndin milli adət-ənənləri, Şıxlının tarixi şəxsiyyətləri, Şıxlıda olan tayfalar, quruculuq işləri və başqa sahələr öz əksini tapmışdı. Ensiklopedik bir əsər adlandırmaq olar. Kitab "Nəsihatnamə" ilə bitir. Kitabı Sumqayıt , Bakı, Qazax kitab mağazalarından alıb oxuya bilərsiz.

Araz Vəliyev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar