Turqut Özalın oğlu yeni partiya qurdu

Özal siyasətə iqtidar olmaq üçün girdiklərini söyləyib

Türkiyənin sabiq prezidenti Turqut Özalın oğlu yeni partiya yaradıb.

ANS PRESS-in məlumatına görə, Əhməd Özal sədrliyini etdiyi partiyanı mətbuata təqdim edib. Özal Ana Partiyanın hədəflərindən danışıb. O bildirib ki, bizim məqsədimiz Atatürkün göstərdiyi müassir mədəniyyət səviyyəsinə çatmaqdır.

Özal siyasətə iqtidar olmaq üçün girdiklərini söyləyib: "Rəhmətlinin göstərdiyi yolda davam edəcəyik. Türkiyədə azad düşüncənin, demokratiyanın, azad təşəbbüsün, din və vicdan azadlığının daha çox olduğu bir Türkiyə üçün siyasət aparacağıq. Yaşadığımız bu mühitdən artıq çıxmalıyıq. Bu cür vəziyyətdə heç birimizin nə uşağı, nə də nəvəsinin gələcəyi ola bilməz".

Əhməd Özal qeyd edib ki, 10 il müddətində prezident köşkünü də, baş nazirlik köşkünü də görüb: "Dövlətin, millətin və xarici siyasətdəki gərginliklərini şəxsən 10 il rəhmətlik atamla yaşayaraq öyrəndim. Türkiyənin yaşadığı dövrü, məsələlərinin nə olduğunu çox yaxşı bilirəm, həllərinin də nə olduğunu çox yaxşı bilirəm. Biz Türkiyəni idarə etmək istəyirik. Bizim siyasi anlayışımızda mövqe yoxdur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar