"Yeni sanksiyalar münasibətləri pozacaq" - Lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, ABŞ prezidenti Barak Obama tərəfindən imzalanmış "Ukraynanın azadlığına dəstək barədə" qanun Moskva ilə Vaşinqton arasında normal münasibətlərin uzun müddətə pozulmasına səbəb ola bilər.

Həmin qanunda Rusiyaya qarşı ABŞ tərəfindən yeni sanksiyaların yeridilməsi nəzərdə tutulub.

Rusiya XİN nümayəndəsinin verdiyi məlumata görə, Sergey Lavrov bu barədə xəbərdarlığı ABŞ dövlət katibi John Kerri ilə telefon söhbəti zamanı səsləndirib.

Bundan əvvəl ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə yol açan qanunu imzalayıb.

Bununla belə Ağ Ev qeyd edib ki, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların dərhal yeridilməsini planlaşdırmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar