Mirqafar Seyidov özünün qardaşı oğlunu da işdən qovub

Ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun təqdimatı ilə işdən qovulan Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Səid Seyidov generalın qohumu imiş.

Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Səid Seyidov Mirqafar Seyidovun qardaşı oğludur. Xəbərdə vurğulanır ki, Səid Seyidov Mütəşəkkil Cinayətkarlığa qarşı Baş İdarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən “İgidliyə görə” medalı ilə də təltif olunub. Mirqafar Seyidovun təqdimatı ilə cəmi bir ay əvvəl o, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi təyin olunub. Ancaq bir ay ərzində fəaliyyəti əmisini qane etməyib və S.Seyidov “vəzifəyə yararsız” sayılaraq, işdən çıxarılıb.

Bu islahatdan iki gün öncə Bakı polisinin 5-i rəis olmaqla 9 əməkdaşının da işdən çıxarıldığını əsas gətirən mənbənin sözlərinə görə, general Mirqafar Seyidov öz qardaşı oğlunu işdən qovmaqla bütün şəxsi heyətə bir ismarıc verdi: kimliyindən asılı olmayaraq, xidmətə yararsız şəxs vəzifədə və polis sıralarında qalmayacaq.

Polisdə nizam-intizam baxımından generalın bu addımının müsbət dəyərləndirildiyini vurğulayan mənbənin sözlərinə görə, Mirqafar Seyidov məhz bu xarakterinə görə də Bakının baş polisi təyin edilib.

Xatırladaq ki, Mirqafar Seyidovun təyinatının ilk günündə mütəxəsislər daha sərt nizam-intizamlı bir generalın Bakıya baş polis gətirilməsini təqdir etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar