GİROVLARDAN BİRİ BURAXILACAQ

Bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin son “məhkəmə”sidir

 Bu gün Xankəndidə son “məhkəmə” iclası keçiriləcək girovlardan biri buraxıla bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə girovların yaxın dostu tanınmış jurnalist Səbuhi Rəhimli sosial şəbəkədə Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə bu gün paylaşdığı statusunda bildirib.

Səbuhi Rəhimli Azərbaycan ictimaiyyətini girovların hər ikisini azad etmək üçün mübarizəyə çağırıb.

“Ən qorxduğum amil odur ki, Dilqəm Əsgərovun ciyərləri çox ağır xəstə idi. Şahbaz Quliyevdə isə hepatit C vardı. Hər ikisi ölüm riski ilə üz-üzə qalıblar. Aydındır ki, Xankəndidə onlara pis baxırlar, şəraitləri ağırdır. Hətta ilk “məhkəmə”də, gördüyünüz kimi, Dilqəmin diş protezi yox idi. Qırmızı Xaç deyəsən bunu görmək üçün böyük eynək taxmalıdır. Bilənlər bilir ki, protezsiz danışmaq çətindir, ifadələr aydın eşidilmir, xörək yemək isə ondan da çətindir. Hər halda, ermənilər bunu nəzərə alıb Dilqəmə hər gün sulu xörək və yumşaq çörək verən deyillər. Bir daha hər bir soydaşımızdan xahiş edirəm ki, bu gün haqq səslərini qaldırsınlar”, - deyə Səbuhi Rəhimli vurğulayıb.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar