Taliban yaraqlıları: “Uşaqları öldürdük, indi nə edək?..”

Pakistanın Peşəvər şəhərindəki məktəbdə qırğın təşkil edən Taliban terrorçularının komandirlərinə “uşaqları öldürdük, indi nə edək”, - deyə soruşduqları ortaya çıxıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bir təhlükəsizlik səlahiyyətlisinin verdiyi məlumata görə, terrorçular arasında reallaşan son danışıqlar, hücumun sonuna qədər terrorçuların Əfqanıstandakı Taliban idarəçiləri ilə əlaqədə olduğunu göstərib.

Telefon danışığında “Konfrans salonundakı bütün uşaqları öldürdük. İndi nə edək”, - deyə soruşan terrorçu, “Əsgərlərin gəlməsini gözləyin. Onları öldürün, sonra özünüzü havaya uçurun” cavabını alır. Danışıqların hücumu reallaşdıran terrorçulardan Abuzər və komandiri Ömər arasında keçdiyi bildirilir.

Digər məlumata görə, bəzi uşaqların cəsədləri bombalı hücum üzündən tanınmaz hala düşüb. Taliban komandirlərinin “kiçik uşaqları öldürməyin” əmrinə baxmayaraq qırğında Khola Altaf adlı beş yaşındakı bir qız uşağının da öldüyü ortaya çıxıb. Khola məktəbin körpələr evinə ilk gün idi gəlirdi.

Dekabrın 16-da hərbçilərin övladları üçün nəzərdə tutulan orta məktəbə hücum zamanı 132-si uşaq olmaqla 148 adam öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar