Davudoğlunun erməni müşaviri həbsləri pislədi

14 dekabrda Türkiyədə “paralel yapı”ya qarşı aparılan əməliyyatlar zamanı “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” televiziyasının baş direktoru Hidayət Karacanın həbsi ilə bağlı müzakirələr davam edir.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə bu dəfə hökumət səviyyəsində aparılan əməliyyatlar tənqid edilib.

Türkiyə baş nazirinin erməni baş müşaviri Etyen Mahçupyan “CNN Türk”-də Gülən camaatına qarşı aparılan əməliyyatları şərh edərkən bildirib ki, Əkrəm Dumanlı və Hidayət Karacaya qarşı “terror” və “silahlı hörgüt” ittihamının irəli sürülməsi mənasızdır. Hökumət nümayəndəsinin sözlərinə görə jurnalistləri terrorda ittiham etmək doğru deyil.

Etyen Mahçupyan onu da qeyd edib ki, Türkiyədə Gülən camaatı artıq öz hökmranlığını, nüfuzunu itirib.

Etyen Mahçupyan “Zaman” qəzetinin keçmiş əməkdaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar