Daha bir qanuni oğru sındırıldı - Foto

Rusiyanın “Matroskaya Tişina” həbsxanasında qanuni oğrular arasında “razborka”lar davam edir. Publika.az xəbər verir ki, Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarlarının Zayka ləqəbli Zaur Əliyevi həbsxanada işgəncə verib, video-görüntüsünü yaymasından sonra kriminal dünya çalxalanır.

Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən qanuni oğru Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüb.

Bu gün səhər isə sosial şəbəkələrdə Zayka ilə bağlılığı olan daha bir qanuni oğrunun fotosu yayılıb. Şəkildən görünür ki, onu da döyərək sındırıblar. Fotonu yayanlar onun gürcü əsilli qanuni oğru olduğunu bildirsələr də, adını qeyd etməyiblər.

Dəqiqləşdirmələr aparmağa çalışırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar