"Həmsədrlər Qarabağla bağlı kreativ yollar tapmaq axtarışındadır" – Səfir

“ATƏT-in Minsk qrupunun həmsədrləri alternativ, kreativ yollar tapmağa çalışır ki, Qarabağ münaqişəsinin tərəfləri əlaqədə olsun”.

Modern.az saytının news.am-a istinadən verdiyi məlumata görə bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bu ölkədə diplomatik missiyasının bitməsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə ATƏT-in ABŞ-dan olan həmsədri Qarabağ danışıqları üzrə yeni səviyyəyə keçməyin vacibliyini bildirib. Con Heffern qeyd edib ki, Minsk qrupunun həmsədrlərinin əsas rolu tərəflərin danışıqlar masası ətrafında oturmasıdır.

“Aydındır ki, əsas qərarlar prezident səviyyəsində qəbul edilməlidir. İkitərəfli qarşılıqlı əlaqələr üçün başqa formatlar da var. Vasitəçilər prezidentlər səviyyəsində görüşlərə əlavə ediləcək bu formatları tapmağa çalışırlar”,-deyə diplomat bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar