Ermənistan layihəsi Belarus parlamentindən keçdi

“Media forum” saytı xəbər verir ki, Belarus parlamentinin aşağı palatası – Nümayəndələr Palatası dekabrın 19-da Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni təsdiqləyib.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.

Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. Ermənistan parlamentində bu proses yekunlaşıb, Rusiyada müqaviləni Dövlət Duması ratifikasiya edib, Qazaxıstan parlamentinin isə hər iki palatası təsdiqləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar