BAKIDA AĞIR QƏZA:  Ölən və yaralananlar var - FOTOLAR

Bakıda ağır yol qəzası baş verib.

AzPolitika.info-nun məlumatına görə, hadisə Fəhlə prospektində “Nargilə” kafesinin yaxınlığında baş verib. Qəza nəticəsində ölən və xeyli yaralı var.

AzPolitika.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzanın baş verməsindən yarım saatdan çox vaxt keçməsinə baxmayaraq hadisə yerinə nə polis əməkdaşlarından, nə də təcili yardım maşınlarından gələn olub.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi “Azsamand” markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - “Audi”, BMW, Ford və “VAZ 2107” markalı avtomobillər çırpılıb. Qəza zamanı N. Qurbanov hadisə yerində dünyasını dəyişib, digər avtomobillərdə olan  sərnişinlər, 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov muxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" ids="79428,79429,79430,79431,79432,79435,79436,79437,79438"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar