Azərbaycanda indiyədək 1 milyard ton neft hasil edilib

Hazırda quru sahələrdə olan həmin yataqlardan nefti hasil etmək mümkün deyil

“Bu vaxta qədər 1 milyard ton neft hasil edilib”. Lent.az-ın məlumatına görə, bunu ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, təxminən bir bu qədər də qurudakı yataqlarda neft ehtiyatımız var. “Hazırda həmin nefti çıxarmaq mümkün deyil. Quru sahələrdə olan həmin yataqlardan nefti hasil etmək mümkün deyil. Çünki texnika və texnologiya buna imkan vermir. İnanıram ki, AMEA –nın alimləri bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".

Müasir texnologiyaların neft çıxarılışındakı tətbiqindən də danışan X.Yusifzadə bu sahədə yeni imkanlardan istifadə etdiklərini deyib: “Nano texnologiyaları tam başa düşməsək də, ondan istifadə etməliyik. Neft sənayesində də nano texnologiyası yaxşı tətbiq edirik. Bu işləri daha da genişləndirməliyik. Bu yaxınlarda təsadüfən qaz-kondensat yataqları kəşf etdik. Bu yataqlar 6-7 min dərinlikdə yerləşir. Lakin neftin yığılması üçün beləə şərait yoxdur. Şahdəniz qaz kondensat yatağında 1 trilyon kub metr qaz ehtiyatı, 240 milyon ton qaz-neft kondensatı var. Təmiz neft yataqlarının kəşfi lazımdır. Bunun üçün dənizdə imkan yoxdursa, quruya qayıtmalıyıq. Sovet dövründə bəzi yerlərdə yaxşı neft alınırdı. Amma bu gün sənaye miqyasında oradan neft almamışıq. Texnikanın inkişafı ilə bu məsələlərə özümüz fikir verməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar