KƏLBƏCƏRLİ GİROVLARA AĞIR CƏZA

Erməni prokuror Karen Qabrielyan kəlbəcərli girovlar üçün cəza istəyib

Kəlbəcərli girovların "məhkəmə prosesi" bu gün də davam etdirilib.

ANS PRESS-in məlumatına görə, erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyirb. O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək çəkiliş aparmaqda ittiham edib. Erməni prokuror yeniyetmə Smbat Tskanyanı Dilqəm Əsgərovun öldürdüyü deyərək onun ermənilərə olan nifrətini Şahbaz Quliyevə "sənin erməni yazığın gəlir?" sualını verməsilə əsaslandırıb.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

Qeyd edək ki, məhkəmə məzhəkəsi 27 oktyabrda başlayıb.

* * *

Kəlbəcərli girovlar barəsində “hökm” dekabrın 29-da oxunacaq. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Xankəndi şəhərindəki 1-ci instasiya məhkməsi bu barədə məlumat verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar