Universitetlərin reytinqi açıqlandı - CƏDVƏL

Dünyada universitetlərin reytinqini müəyyənləşdirən “QS” təşkilatı yeni hesabat açıqlayıb.

Hesabata Şərqi Avropa, keçmiş sovet məkanı və Türkiyə daxil olmaqla 30 ölkədən 368 ali məktəbi salınıb. Bu ölkələrdən 18-i yeni reytinq cədvəlində yer alır.

Reytinq cədvəlində Azərbaycandan yalnız 3 ali məktəb var. Xəzər Universiteti 39.6 balla 71-ci yerdə qərarlaşıb. Bakı Dövlət Universiteti 39.4 balla 72-73-cü yerləri bölüşdürür, Qafqaz Universiteti isə 38.5 balla 75-ci yerdədir.

Reytinq cədvəlinin əsas qiymətləndirmə meyarlarından biri xarici mütəxəssislərin işə cəlb edilməsidir. Bu indikator üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır.

Cədvəldə keçmiş sovet respublikalarından yalnız 7 ölkə təmsil olunub: Rusiyadan 26, Qazaxıstandan 8, Ukraynadan 6, Litvadan 4, Azərbaycandan 3, Latviyadan 3, Estoniyadan 2 və Belarusdan 2 ali məktəb.

Ümumilikdə cədvələ 26 ali məktəblə Rusiya başçılıq edir. Türkiyənin 10, Çexiyanın 10, Qazaxıstanın 8, Polşanın 8 ali məktəbi yer alır.

Məlumatı “Media forum” saytına Xəzər Universitetindən veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar