FƏTULLAH GÜLƏN HAQQINDA HƏBS QƏRARI VERİLDİ - Video

 Nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxın “Sabah” qəzetinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, F. Gülən haqqında “terror təşkilatına liderlik etmək” ittihamı əsasında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.

Qeyd edək ki, 1941-ci il təvəllüdlü Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar