“Zaman” qəzetinin baş redaktoru sərbəst buraxıldı, STV-nin rəhbəri isə həbs edildi

Türkiyədə paralel dövlət strukturları yaratmaq ittihamı ilə “Nur” icmasına qarşı aparılan istintaq çərçivəsində dekabrın 14-də polis tərəfindən saxlanılan “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı məhkəmə tərəfindən sərbəst buraxılıb.

APA-nın “Sabah” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, polis və prokurorluqda 4 gün dindirildikdən sonra həbs qəti imkan tədbiri seçilməsi tələbi ilə məhkəmə önünə çıxarılan 12 nəfər haqqında qərar açıqlanıb.

Məhkəmə Ə. Dumanlını ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıb. “Samanyolu” (STV) televiziyasının rəhbəri Hidayət Karaca, eləcə də keçmiş polis rəisləri Tufan Ərgüdər, Ərtan Ərçıktı və Mustafa Kılıçaslan haqqında isə “terror təşkilatına rəhbərlik etmək” ittihamı ilə həbs qərarı verilib.

Qeyd edək ki, dekabrın 14-də 13 vilayətdə həyata keçirilən polis əməliyyatı zamanı saxlanılan 30 nəfərdən 19-u sərbəst buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar