Saakaşvilidən Putinə təklif: “Gəl, sənə Amerikada iş tapmışam”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinə maraqlı təklif verib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili onu işlə təmin etməyə hazır olduğunu bəyan edib:

“Vaşinqtonda başçılığım altında institut yaradılır və Dövlət Departamenti mənə “0-1” seriyalı işçi vizası verib.

Putin indi elədiyi işlərdən vaz keçərsə, mən onun haqda Departamentə xoş söz deyərəm və mənə verilən vizadan ona da veriləcək. Putini öz institutumuzda işə götürməyə hazıram. Qoy memuarlar yazsın”.

2013-cü ilin noyabrında yeni seçilən Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimindən öncə Saakaşvili ölkəsini tərk edərək ABŞ-a köçüb. Hazırda Amerikada yaşayan sabiq prezident orada Beynəlxalq Liderlər İnstitutunu təsis edib.

O, Gürcüstan Cinayət Məcəlləsinin bir neçə bəndi ilə axtarışdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar