“Biz hesab edirik ki, vəziyyət kritikdir” - Ştefan Vinter

Xarici bankların Almaniyadakı assosiasiyasının sədri Ştefan Vinterlə müsahibə.

- Cənab Vinter, hal-hazırda Rusiya çox çətin vəziyyətdədir. Bunun Almaniya bankları üçün hansı təsiri var?

- Deyəsən, işlər elə vəziyyətdədir ki, Rusiyadakı alman bankları o qədər də ziyan çəkmirlər. Lakin həqiqətən də şəffaf və dəqiq mlumatlar bu cür danışmağa icazə vermir.

- Siz, ehtiyat edirsiniz ki, böhranın təsiri digər bazarlara da yayıla bilər?

- Əlbəttə, banklar Rusiyadakı vəziyyətin kritik olduğu qənaətindədirlər. Bütün bunlarla yanaşı neftin qiyməti də aşağı düşür ki, bu da öz növbəsində bir çox inkişaf etməkdə olan ölkələrə hədsiz neqativ təsir göstərir. ”Domino effekti”ni də istisna etmək olmaz. Ümumiyyətlə isə geosiyasi risklərin banklar tərfindən proqnozlaşdırılması çətindir.

- Rusiyadakı hadisələr Almaniya və Avropa banklarının gəlirləri üçün hansı anlama gəlir və bu onlara necə təsir göstərər?

- Əgər Rusiya maliyyə bazarları “yıxılarsa”, biz dünya bank sektorunun böyümə tempi üçün lazım olan oyunçunu itirəcəyik. İş orasındadır ki, əksər banklar hələ Ukrayna böhranından öncə də Rusiyada geniş şəkildə yerləşmək üçün plan qurublar.

- Son dövrlər Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWiFT-dən xaric edilməsi məsələsi diskusiya mövzusuna çevrilib. Bəs bu addım hansı nəticələr yarada bilər?

- Əlbəttə ki, beynəlxalq ödəmə sistemi SWİFT –dən Rusiyanın məhrum edilməsi, ən sərt tədbir olar. Bu praktik baxımdan telefon kabelinin kəsilməsi ilə müqayisə oluna bilər ki, onun da tezliklə bərpası mümkün deyil. Ancaq belə bir addımın atılımasına ehtiyacın olub-olmaması barəsində yaxşıca düşünmək gərəkdir. SWİFT –dən uzaqlaşdırma vəziyyətin kəskin şəkildə pisləşməsinə yol açacaq.

- Siz, Rusiya maliyyə institutlarının vəziyyətini necə dəyərləndirirsiniz?

- Rusiya bankları artıq tətbiq edilən sanksiyalardan xeyli əziyyət çəkirlər. Onlar yenidən maliyyələşmə üçün Qərb mənbələrindən pul götürmək imkanından praktik olaraq məhrumdurlar.

- Əgər Rusiya SWİFT sistemindən çıxarılarsa, onda bunun Almaniya banklarına təsiri ola bilərmi?

- Mümkündür, Rusiyanın SWİFT–dən kənarlaşdırılması bizim üçün gözlənilməz ağır nəticələr törədər. Təsəvvür edin ki, əgər bundan sonra qaz nəqli üçün elektron ödəmənin həyata keçirilməsi mümkün olmasa, onda nə baş verər? Deməli o zaman Almaniya şirkətlərinin xaricdəki filiallarının işçilərinin əmək haqqı hesablarına pul köçürmək mümkün olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar