Rusiya XİN ABŞ-ı hədələdi - "...cavabsız qalmayacaq"

Rəsmi Moskva ABŞ tərəfindən qəbul edilən Ukraynaya dəstək qanununu cavabsız qoymayacaq. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir.

“Vaşinqtonun düşmən hərəkətləri cavabsız qalmayacaq. Mümkün cavab tədbirləri ABŞ-ın yeni qanunu necə yerinə yetirməsindən asılı olacaq. Bunun fəsadlarına görə məsuliyyət tam şəkildə ABŞ tərəfinin üzərinə düşür”.

Qeyd edək ki, Barak Obama ABŞ Konqresi tərəfindən qəbul edilən “Ukraynada azadlığa dəstək haqqında” (Ukraine Freedom Support Act 2014) sənədi dekabrın 18-də imzalayıb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar