Putindən qorxulu qərar

Rusiya prezidenti Müdafiə Nazirliyinin qarşısında tələb qoyub

Rusiyada 2021-ci ilə qədər nüvə silahları yenilənməlidir. ANS PRESS-in məlumatına görə, belə tələblə Rusiya prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyində keçirilən iclasda çıxış edib.

Putin tələb edib ki, 2021-ci ilə qədər ölkədə yerin üzərindəki bazalarda mövcud olan nüvə silahları tamamilə yenilənərək modernləşdirilməlidir.

Qeyd edək ki, Putin iclasda çıxışı zamanı ordu üçün bir sıra önəmli açıqlamalar verib. O, bildirib ki, gələn il 50-dən çox qitələrarası ballistik raket orduya veriləcək.

"Biz milli maraqlarımızı qorumaq üçün tez-tez adekvat olmayan reaksiyalarla qarşılaşırıq. Ancaq biz birlikdə sakit işləməliyik. Ölkənin müdafiə və təhlükəsizliyi ilə bağlı məsələləri daim diqqətdə saxlamalı və gücünüzü artırmalıyıq. 2015-ci ildə 50-dən çox qitələrarası ballistik raket Rusiya Silahlı Qüvvələrinin arsenalına veriləcək. Təsəvvür edin, bu necə gücdür", deyə Vladimir Purin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar