"ABŞ dünya arenasında liderliyini bərpa edib"- Barak Obama

ABŞ dünya arenasında liderliyini bərpa edib. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, ABŞ “İŞİD” terrorçu qruplaşması ilə mübarizədə və Rusiyanın Ukrayna siyasətinə qarşı müqavimət məsələlərində də lider mövqedədir. “Bir neçə böhranlı vəziyyətlər yaşansa da ABŞ üçün 2014-cü ili uğurlu olub”, deyə Obama bildirib. Misal kimi o, ABŞ iqtisadiyyatının və əmək bazarının inkişafını göstərib. Özünə gəldikdə isə, Obama tam enerjili olduğunu və yaxın iki ildə də Ağ Evdə işləyəcəyindən ruhlandığını qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar