Ərdoğan arzusuna çatdı

Türkiyənin “NTV” telekanalında yayımlanan proqramlardan birinə qonaq olan Kubanın həmin ölkədəki səfiri aparıcının bir sıra suallarını cavablandırıb.

ANS PRESS-in məlumatına görə, Kubanın Ankaradakı səfiri Alberto Qonzales Kasals ölkəsində yaşayan müəslmanların da məscidə sahib olmaq hüququnundan söz açıb.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kubada məscid tikilməsi təklifini müsbət qarşıladığını bildirərək, 11 milyon əhalinin yaşadığı Kubada 5 mindən çox müsəlman var və onlar üçün məscid tikiləcəyini qeyd edib. Onun sözlərinə görə, bu barədə fikir iki il əvvəl də gündəm də olub, lakin məsələyə ciddi yanaşılmayıb.

Xatırladaq ki, bu ilin noyabr ayında Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar