Qorbaçov Qərbi şantaj etdi

"Şeytan" raketlərimiz çox güclü dağıntı və tələfat verə bilər

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov "Russia Today" telekanalına müsahibəsində dünyadakı mövcud vəziyyət, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Krım və NATO-nun genişləndirilməsi məsələlərinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Qorbaçov Qərbdə Rusiyaya qarşı qorxulu fikrin yaranmasında medianı günahlandırıb və nüvə müharibəsi təhlükəsini real saymayıb. Bununla yanaşı Qorbaçov Rusiyaya qarşı Qərbin göstərdiyi münasibətin dünya üçün təhlükələrə gətirib çıxaracağına işarə vurub:

"Nüvə təhlükəsi ilə bağlı deyilənlərlə razı deyiləm. İndi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək istiqamətində yeni şeylər öyrənmək lazımdır".

Amerika və bizdə nüvə silahından əlavə çox güclü raketlər var. Amerikalıların "Şeytan" adlandırdığı raketlərimiz "Çernobıl" faciəsinindən 100 dəfə çox dağıntı və tələfat verə bilər. Halbuki bundan da güclü raketlər hər iki tərəfin hərbi arsenalına daxildir. Bunu anlamaq və narahat olmaq lazımdır. Bu silahların ektremistlərin və terrorçuların əlinə keçməməsi üçün tərbirlər görülməlidir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar