Ermənilər "kedicik"lərin "atası"nın dəstəyinə möhtac qalıblar - Video

Türkiyənin Kanal 9 televiziyasının sahibi, məşhur din xadimi Adnan Oktrar ermənilərlə türklərin qardaş olduğunu iddia edib.

Kanalda müəllifi olduğu proqramda daim yarıçılpaq qadınların əhatəsində olan Adnan Oktar növbəti verilişində qonaq olan Ermənistanın Regional Araşdırmalar Mərkəzini direktoru Riçard Qiraqosyanla söhbətində erməniləri çox sevdiyini vurğulayıb: “Osmanlı vaxtında sizə sadiq millət deyirdik. Siz bizim bir parçamızsınız. Sizlləri canımız qədər çox sevirik. Osmanlı dövründə erməni əsilli sənətkarlar, həkimlər, hətta yüksək rütbəli paşalar var idi. Aramızı vurmağa çalışdılar, amma yenidən keçmiş gözəl günlərə qayıdacağıq”.

APA TV-nin xəbərinə görə, Ermənistanla sərhədin açılmasını arzuladığın deyən Adnan Oktar bunun gerçəkləşəcəyinə inanır: “Ermənistanla viza istəmirik, pasport istəmirik. Onlar bizim qardaşlarımızdır. Yenidən o gözəl günləri qiyamətə qədər yaşayacağıq”.

Adnan Oktar proqramda tez-tez ermənilərin gözəl, mehriban insanlar olduğunu onlarla türklərin münasibətlərini kənar qüvvələrin pozduğunu təkrarlayıb.

Amerikada doğulan və hazırda Ermənistanda yaşayan R.Qiraqosyan isə cavabında bildirib ki, onun vəzifəsi də iki ölkə arasındakı münasibətləri düzəltməkdir.

Qeyd edək ki, Adnan Oktar dini yazar olaraq tanınsa da, son zamanlar proqramındakı efirə yarıçılpaq halda çıxan "kedicikler"i ilə məşhurlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar