"Bəzi diktatorların ABŞ-da senzura tətbiq etməsinə icazə verə bilmərik" - Obama

"Şimali Koreyayanın "Sony" şirkətinə qarşı kiber hücum və təhdidlərinə cavab verəcəyik".

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti barak Obama Ağ Evdə keçirdiyi illik mətbuat konfransında deyib. O bildirib ki, "Sony" şirkətinin "Müsahibə" filminin nümayişini təxirə salması qərarı düzgün addım deyil:

"Şirkət kaş əvvəl mənimlə danışsaydı. "Sony"ə bu addımı atmamalarını söyləyərdim. Bəzi diktatorların ABŞ-da senzura tətbiq etməsinə icazə verə bilmərik. Bəzilərinin bir filmə görə insanları qorxutmasına icazə verilsə, xəyal edin xoşlanmadıqları bir sənədli film və ya xəbər gördüklərində nə etməyə başlayarlar?", - deyə ABŞ prezidenti bildirib.

Obama bildirib ki, Şimali Koreyaya lazımi cavab veriləcək. Prezident bu cavabı özlərinin müəyyən etdiyi zamanda veriləcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ təhlükəsizlik orqanları "Sony"ə kiber hücumların təşkil olunduğunu və bunun arxasında Şimali Koreyanın dayandığını deyib. Bundan sonra şirkət təhlükəsizlik səbəbindən Şimali Koreya lideri Kim Çen Ina qarşı uydurma sui-qəsd haqda olan "Müsahibə" filminin nümayişini təxirə salıb.

“Müsahibə” filminə görə Sony Pictures şirkətinin kompüter sisteminə edilmiş hücum on minlərlə sənədin sızmasına və terror hücumlarının təhlükəsizliyinin artmasına səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar