Almaniya Rusiyaya qarşı sanksiyalarda ehtiyatlı olmağa çağırır

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Ukrayna böhranı ilə əlaqəli Moskvaya qarşı Aİ tərəfindən yürüdülən sanksiyaların artıq Rusiyadakı sabitliyi poza biləcəyindən narahatlığını ifadə edib. Bu haqda “Deutsche Welle” yazır.

Dekabrın 19-da Almaniyanın həftəlik “Der Spiegel” qəzeti üçün müsahibə verən Ştaynmayer sanksiyalar məsələsində yumşalma tədirlərinin yürüdülməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, rublun məzənnəsinin düşməsi və enerji qiymətlərində qeyri-stabillik Rusiyanı maliyyə və iqtisadi böhrana aparır. “Bizə bütün bu işlərin çərçivədən çıxması lazım deyil. Qaydalara uyğun işlər görülməlidir”, - deyə nazir qeyd edib.

Ukrayna prezidenti Petro Poroşenko və baş nazir Arseniy Yatsenyuk ilə görüşən Ştaynmayer bildirib ki, artıq davamlı sülhün yaranmasının zamanıdır.

Aİ liderləri dekabrın 18-də Brüssel görüşlərində rəsmi Moskvanın Ukraynaya qarşı təzyiqini dayandırmazsa, sanksiyalar siyasətinə sadiq qalacaqlarını bəyan ediblər. Lakin qeyd edək ki, öncədən razılaşdırılan bəzi sanksiyalar Rusiyada qeyri-stabilliyi daha da artırmamaq üçün müvəqqəti olaraq dayandırılıb. /"eunews"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar