Rusiyaya qarşı yeni sanksiyalar

SanksiyaKanada hökuməti Rusiya dövlətinə, eləcədə bu ölkənin və Ukraynanın daha 20 vətəndaşına qarşı növbəti sanksiyalar tətbiq edib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı Arktikada neft və şist qazı tədqiqatlarında və hasilatında istifadə oluna biləcək texnologiyaların ixracını qadağan etdiklərini açıqlayıb.

S. Harper bildirib ki, Kanada Krımın qanunsuz işğalı və Ukraynanın şərqində provokasion hərbi fəaliyyətlərlə barışmayacaq: “Beləliklə, biz əlavə iqtisadi sanksiyaların tətbiqini və bir sıra Rusiya, Ukrayna vətəndaşlarının səfərlərinə qadağa qoyulmasını elan edirik. Biz həm də Rusiyada neft yataqlarının kəşfiyyatında və hasilat sənayesində istifadə olunan texnologiyaların ixracına məhdudiyyət tətbiq edirik. Kanada Ukrayna xalqına dəstəyində əyilməz qalacaq, çünki ukraynalılar sülh və azadlıq uğrunda və Putin rejimi ilə mübarizə aparmağa davam edir. Biz lazım gələrsə, öz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə əlavə tədbirlər də görə bilərik”.

Kanadanın sanksiya tətbiq etdiyi fiziki şəxslərin siyahısında Rusiya Dövlət Duması sədrinin 1-ci müavini İvan Melnikov, sədr müavinləri Nikolay Leviçev, İqor Lebedev, Vladimir Vasilyev, Dumanın Xarici işlər komitəsi sədrinin birinci müavini Leonid Kalaşnikov, MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir Nikitin, həmin komitənin sədr müavini Oleq Lebedev, Dumanın deputatı Viktor Vodolatski, Federasiya Şurasının sədr müavini Yuri Vorobyov, eləcə də Donetsk və Luqansk separatçılarının adları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar