Rusiyalı silah baronunu yaxalayıb ABŞ-a verən polkovnik öldürüldü

Tailandda məşhur rusiyalı silah baronu, “ölüm taciri” kimi tanınan Viktor Butun həbs edilməsi və ABŞ-a təhvil verilməsi əməliyyatına rəhbərlik edən polis polkovniki öldürülüb.

Virtualaz.org xəbər verir ki, polkovnik Akravut Limratın onurğası üç yerdən sındırılıb. Məlumatı Viktor Butun amerikalı vəkili Aleksey Tarasov verib.

Vəkil deyib ki, oktyabr ayında Tailand polisinin general-leytenantı, Viktor Butu Bankokda həbs edən polis bölməsinə rəhbərlik etmiş Ponqopat Çayapanla əlaqə yaradıb. Çayapan rusiyalının həbsinin və ekstradisiyasının təfərrüatlarını açıqlamağa razılaşıb. Məsləhət görüb ki, bunun üçün bilavasitə həbs əməliyyatına rəhbərlik etmiş polkovnik Limratla əlaqə saxlasın. Lakin noyabrın 23-də vəkilə məlumat veriblər ki, polkovnik öldürülüb.

Viktor But 2012-ci ilin aprelində ABŞ-da 25 il həbs cəzasına məhkum edilib. O, Kolumbiya inqilab qüvvələri FARC-a silah satışının təşkilində ittiham olunub. ABŞ FARC-ı terror təşkilatı hesab edir. 2008-ci ildə Banqokda saxlanılan və ABŞ-a ekstradisiya olunan Viktor But bu ittihamı qəbul etməyib. Noyabrın əvvəllərində o, işdə yeni məqamların üzə çıxması ilə bağlı yeni məhkəmə keçirilməsi üçün müraciət edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar