Sərkisyanın dostunun “zapravkaları” orduya benzin satmaqdan imtina edir

Ermənistan ordusuna məxsus avtomobil texnikası prezident Serj Sərkisyanın yaxın dostu və onun biznes partnyoru olan Barseq Bəyləryanın şirkətinə məxsus benzindoldurma məntəqələrindən yanacaq ala bilmir.

Virtualaz.org xəbər verir ki, bu haqda “Joqovurd” (“Xalq”) qəzeti yazıb. Məlumata görə Ermənistanın maliyyə bazarında hazırda hökm sürən panika və dramın kəskin ucuzlaşması fonunda Barseqyanın “Fleş” şirkətinin benzindoldurma şəbəkələri Müdafiə Nazirliyinin maşınlarına kuponlarla benzin verməkdən imtina edib. Baxmayaraq ki, Müdafiə Nazirliyi bu kuponların haqqını ay yarım , bəzi hallarda iki ay əvvəl ödəyib. Qəzet “Fleş” şirkətinin direktor müavini ilə əlaqə saxlayıb, direktor müavini sualı eşidən kimi “sizə uğurlar” deyərək dəstəyi asıb. Barseq Bəyləryan Qarabağ ermənisidir və Serj Sərkisyanın yaxın ətrafına daxildir.

O, Ermənistana benzin idxalı və satışında inhisarçı hesab olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar