PKK silahı yerə qoymaq istəyir – Öcalan Qəndildən nə istədi

Türkiyədə kürdlərlə aparılan danışıqlar çərçivəsində HDP (Xalqların Demokratik Partiyası) heyətinin keçən çərşənbə günü İmralı həbsxanasında Abdullah Öcalan ilə görüşünün təfərrüatları açıqlanıb.

Avropa.info Türk mətbuatına istinadən xəbər verir ki, HDP açıqlaması zamanı danışıqların İmralı, Qəndil dağı və hökumət arasında davam etdiyini bildirib. HDP heyətinin açıqlamasına görə anlamlı və dərin danışıqların aparılmasında heç bir maneənin olmadığı bildirilir.

"Hürriyət" qəzetinin yazarı Okan Konuralp öz yazısında Öcalanın PKK-nın Qəndil dağında olan üzvlərindən Türkiyənin bölgə və ərazilərində ictimai asayişin təmin edilməsini istədiyini iddia edib.

Həmçinin bəzi mənbələrdən əldə olunan məlumata görə ictimai asayişin təmin edilməsilə yanaşı müzakirələrin başlayacağı 2015-ci ilin ilk aylarında Öcalan keçirəcəyi görüşlərdə PKK üzvlərinə müraciət ünvanlayacaq. Bundan sonra PKK-nın aprel ayında təşkil edəcəyi konqresdə Türkiyəyə qarşı silahları yerə qoymaq qərarı qəbul edəcək.

Öcalanla görüşən heyətin gələn həftə Qəndil dağına gedəcəyi və Öcalanın qərarlarını oradakı PKK üzvləri ilə müzakirə edəcəyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar