Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlərin miqyasını genişləndirəcək - FOTO

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunub. İki ölkənin Silahlı Qüvvələri arasında praktiki əməliyyat uyarlığının əldə edilməsi məsələlərinə baxılıb, o cümlədən 2015-ci il ərzində birgə təlimlərin miqyası və əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılıb.

[gallery columns="2" ids="79751,79750"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar