Dünyanın 90 təşkilatından AŞPA-ya Azərbaycan çağırışı

"Azərbaycanda heç bir seçki düzgün və ədalətli olmayıb"

Çərşənbə günü dünyanın 13 ölkəsindən 90 beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqları Evi Fondu AŞPA-ya bəyanat göndərərək bu il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı AŞPA üzvlərinin mövqeyindən narazılığını bildiriblər.

Seçkilər ərəfəsində və ondan sonra BMT ekspertləri, həmçinin ATƏT missiyası ümumi demokratik vəziyyətin pisləşdiyini, insan hüquqlarının və vətəndaş azadlıqlarının pozulduğunu, seçkilərin demokratik standartlara uyğun olmadığını bildiriblər.

Eyni zamanda AŞPA müçahidıçilərindən ibarət missiya qeyd edib ki, Azərbaycanda seçkilər azad və ədalətli olub.

İnsan Hüquqları Evi Fondunun üzvləri öz məktublarında qeyd ediblər ki, AŞPA missiyası üzvlərinin Azərbaycandakı seçkilərlə bağlı real vəziyyətə dair məlumatlandırılması şübhə doğurur.

Məktubda həmçinin AŞPA-nın 1917 saylı (2013) qətnaməsi xatırladılır. Sənəddə deyilir ki, Azərbaycanda heç bir seçki düzgün və ədalətli olmayıb. Normal durumdan danışmaq üçün qanunvericiliyə ciddi dəyişikliklərin edilməsi, vətəndaşların fundamental azadlıq və hüquqlarının təminatı vacibdir.

Belə çıxır ki, bir halda AŞPA bu cür vəziyyətin olduğunu bəyan edir, digər tərəfdən seçkilərin demokratik və ədalətli olduğunu tanıyır.

Noyabrın 22-də Vyanada AŞPA Daimi Komitəsinin iclasında, həmçinin Strasburqda AŞPA-nın yanvar sessiyasında Azərbaycanda keçirilmiş prezident seçkiləri müzakirə ediləcək.

Məktub müəllifləri AŞPA üzvlərini prinsipiallıq nümayiş etdirərərək Azərbaycadakı seçkilərə müvafiq qiymət verməyə çağırıblar.( azadlıq.info )

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar