Nazir qızının qiymətini kəsdi, işindən oldu

Nazirlik qiymət kəsən müəllimlə bağlı açıqlama yaymalı oldu

Türkiyənin baş naziri Əhməd Davudoğlunun qızının qiymətini kəsən müəllim işdən qovulub. Bu barədə idda mətbuatda yayılıb.

Yerli qəzetlərin yazdığına görə, baş nazirin qızı dərsdən aşağı qiymət alıb. Bunun cavabını isə müəllim verməli olub. İddiaya görə, Davutoğlunun 9-cu sinifdə oxuyan qızı Həcər riyaziyyat dərsindən yoxlama zamanı aşağı qiymət alıb.

Xüsusi müəllimlə də məşğul olan Həcər yoxlama kağızına baxmq istəyib. Lakin müəllim Murad Özer bunun mümkün olmadığını deyib. Bundan sonra direktorun otağında toplantı keçirilib. Qeyd edilən dərsdən aşağı qiymət verən müəllim nazir qızının sinfindəki dərsdən çıxarılıb. M. Özerin yerinə isə başqa bir riyaziyyatçı həmkarı təyin edilib.

Yayılan xəbərdən sonra nazirlik açıqlama yayıb və bu xəbərin heç bir əsası olmadığını elan edib. ''Bu xəbər yalan və iftiradır. Bununla bağlı lazımi hüquqi işlər aparılacaq. Hər şeyin izah edilməsinə baxmayaraq yalan xəbər yayılması jurnalistika əxlaqına, insan haqqlarına ziddir.

Hörmətli nazir və ailə üzvləri heç zaman tutduqları mövqe ilə bağlı olaraq xüsusi bir səlahiyyət tələb etməyiblər. Buna illərdir hamı şahiddir". /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar