Məktəb direktorunun evindən 100 min manatlıq mal apardılar

Hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı gənc saxlanılıb

Lənkəranda məktəb direktorunun evi yarılıb.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi-18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib.

Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə isti izlərlə saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla Lənkəran şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar