"Azərbaycanda erməni dilində markalanmış məhsullar satılır" - Eyyub Hüseynov

“Xarici ölkələrdən Azərbaycana gətirilən ərzaq məhsulları heç bir keyfiyyət standartına cavab vermir. Bu məhsulların dadı, etiketi cəlbedici olsa da, yararlılıq müddəti düzgün deyil”.

Bunu SalamNews-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

AİB sədri qeyd edib ki, bu məhsulların uzun yol gəlməsi, isti və soyuğa davamlılığını təmin etmək və yararlılıq müddətini üçün kimyəvi maddələrdən istifadə edirlər: “Bu maddə məhsulun ömrünü uzatsa da, insanın ömrünü azaldır. Hətta “Fermerskaya smetana”, uşaqlar üçün nəzərdə tutulan məhsullara da uzun müddətliliyi artırmaq üçün kimyəvi maddələr vurulur. Vətəndaşlar bu məhsulları alan zaman son dərəcədə ehtiyatlı olmalı və yerli məhsullara üstünlük verməlidirlər”.

Eyyub Hüseynov ərzaq məhsullarının üzərindəki yazılara da toxunub. O, ölkədə “Dövlət dili haqqında” qanunun pozulması, eyni zamanda istehlakçıların beynəlxalq hüquqlarından biri olan informasiya haqlarının tanınmaması halları baş verməkdədir: “Belə ki, etiketlər milli dildə hazırlanmadığı üçün istehlakçılar məhsul haqqında düzgün məlumat ala bilmirlər. Bu gün əmtəə bazarında satılan məhsulların 40 faizi milli dildə etiketlənmir. Bizə gələn şikayətlər arasında Qarabaşağın erməni və bir çox dillərdə markalanaraq satıldığı bildirilir. Bu fakt da Azərbaycanda dövlətin qəbul etdiyi qanunların kobud şəkildə pozulduğunu sübut edir. Bir neçə gün əvvəl AİB-ə daxil olan şikayət məktubunda, Bakının tanınmış market şəbəkələrinin birində satılan 100 qramlıq qara kürünün “Hacı Zeynalabdin Bankı” adı ilə satıldığı bildirilib. Bu məhsulun hansı şirkət tərəfindən hazırlanması, istehsal və son tarix, digər məlumatlar qeyd olunmayıb. Apardığımız araşdırmalar nəticəsində Təzə bazarda keyfiyyətsiz, hansısa şirkət tərəfindən istehsal olunduğu bilinməyən qara kürü və balıq məhsullarının satıldığı aşkar olunub. Bu məhsulların satışı, ölkə vətəndaşlarının həyatı üçün ciddi təhlükədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar