Rusiyadan ABŞ-a rədd cavabı

"Sanksiyalar Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcək"

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara sərt münasibət bildirib.

Rəsmi Moskva Krımla bağlı tarixi hüquqa malik olduğunu əsas gətirərək ABŞ sanksiyalarını rədd edib:

"Sanksiyalar Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcək. Krım Rusiyanın tərkib hissəsidir".

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı ticarət sanksiyaları tətbiq edib.

Ağ Evin bəyanatında bildirilib ki, qərar regionda bizneslə məşğul olan Amerika korporasiyalarına aydınlıq gətirir. Bəyanatda deyilib ki, prezidentin qərarı Vaşinqtonun Rusiyanın Krımı işğalını qəbul etməməsinə işarədir.

Ticarət yasaqları Ukraynanın şərq bölgəsindəki iğtişaşlarda əli olan 24 fərd və şirkətlərə şamil edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar