Azərbaycanda da dolların qiyməti qalxdı

Azərbaycanda dolların manata nisbətdə məzənnəsi qalxıb Aznews.az xəbər verir ki, Sumqayıt və Xırdalan şəhərlərindəki əksər valyutadəyişmə məntəqələrində bir dollar 0.79 və 0.792 qəpiyə dəyişdirilir. Bakıda isə bir dollar 0.79 qəpiyə yaxın olub.

Xatırladaq ki, bir neçə gün əvvəl 1 dollar 0.784 qəpik olub.

Məlumata görə, bəzi valyutadəyişmə məntəqələrində, ümumiyyətlə dollar satılmır.

Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi rus rublunun, türk lirəsinin, Norveç kronunun və digər valyutaların dollara və avroya nisbətdə dəyərdən düşməsinə gətirib çıxarıb.

Azərbaycanda isə belə hal olmamışdı...(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar