“Putin Qərblə oyunu uduzub, geri çəkiləcək...”- “Bloomberg”

Hakimiyyəti itirmək qorxusu Rusiya prezidenti Vladimir Putuni apardığı indiki kursdan imtinaya vadar edə bilər. Musavat.com-un məlumatına görə, bu barədə “Bloomberg” nəşrinin məqaləsində deyilir.

“Krımın ilhaqından sonra rusiyalılar arasında müşahidə edilən eyforiya qısa müddətlidir. Əvvəllər Putin konfliktin qarşısımı almaqda daha çox maraqlı olan liberal Qərbi aldatmışdı. İl yarım keçəndən sonra eyforiyanı panika əvəzləyib” – məqalədə deyilir.

Müəllif daha sonra yazır: “Neftin qiyməti hazırkı aşağı səviyyədə qalsa, 2015-ci ildə Rusiya iqtisadiyyatı proqnozlara əsasən, 5%-dək azalacaq. Əvvəllər Putinin qumar oyunu ondan ibarət idi ki, o, özünün avantürist xarici siyasəti naminə iqtisadi çətinliklərə sinə gərə bilər. Ancaq indiki qumar oyununu o uduzub”.

Nəşrin yazığına görə, hazırda Putinin durumu nə dərəcədə onun yadfikirliliyi qəddarcasına boğmasından asılıdır. “Lakin indi onun hakimiyyətinə təhlükə var. O üzdən də o, hazırkı kursdan imtina edə bilər. Rusiya 1998-ci ilin böhranı ilə müqayisədə hadisələrin qat-qat dramatik inkişaf ssenarisi yolundadır”, - deyə nəşrin analitiki qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar