Putin qalib gələrsə...

Gürcü vitse-spiker Georgi Baramidze həyəcan təbili çaldı

Ukraynanın şərqində təkcə ukraynalılar yox, bütün Şərqi Avropa xalqları uğrunda mübarizə gedir.

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin vitse-spikeri Georgi Baramidze 5-ci kanala müsahibəsində deyib.

Bir çox gürcülər üçün Ukrayna təkcə özünün azadlığı yox bütün Şərqi Avropa cəbhəsinin önündə durub. Biz bir başa Ukraynanın uğurlarından asılıyıq. Bu təkcə ukraynalıların deyil, eləcədə gürcü, moldovalı və digərlərinin mübarizəsidir. Ukrayna qalib gəlməsə balaca dövlətlərin yaşayacağına inam azdır”, - deyə Baramidze qeyd edib.

Bundan əlavə o bildirib ki, Donbas münaqişəsində Avropa və bütövlüklə dünyanın necə olacağı müəyyənləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar