Ərdoğan təmiz məhkəmə söz verdi (VİDEO)

"Bəzi dairələr “mətbuat susdurulur” deyib bir kampaniya başlatdılar"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 dekabr əməliyyatlarının qanuna uyğun həyata keçirildiyini deyib.

ANS TV-nin məlumatına görə, Ərdoğan bu prosesi yaxından izlədiyini bildirib:

“14 dekabr tarixində məhkəmə qarşısındakı iddialara və dəlillərə əsaslanaraq bir proses başladı. Bu ölkənin prezidenti olaraq, mən də bu prosesi yaxından izləyirəm. Hər şey qanunlara, qaydalara uyğun şəkildə cərəyan edir. İstintaqın və məhkəmənin keçmişdə etdiyi səhvlər təkrarlanmır. Heç kim proses başa çatmamış dinc olmur. Media vasitəsilə qavrama əməliyyatları həyata keçirilmir. Kim nə deyir-desin, hazırda həqiqətən də təmiz bir proses davam edir. Ancaq bu proses başladığı andan etibarən, bəzi dairələr “mətbuat susdurulur” deyib bir kampaniya başlatdılar və dünyaya da bunu belə təqdim edilməsinə nail oldular”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar