İsmayıl Ömərov barəsindəki iddiaları rədd etdi - "Böhtandır"

Tanınmış televiziyaçı, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərov barəsində qəzetimizdə gedən ittihamlara münasibət bildirib.Musavat.com həmin münasibəti yayınlamaqla bərabər, həm də qeyd edir ki, İ. Ömərovun guya maxinasiyalar etməsi barədə şikayətləri bundan əvvəl də yoxlamışıq. Lakin iddialar özünü doğrultmayıb. Bu dəfə isə diqqət edilmədən belə bir yazı təkrar dərc edilib.

Haqqında ittihamlar səsləndirilən İ. Ömərovun cavabı aşağıdakı kimidir: " Bu, mənə qarşı növbəti şər-şəbətə, böhtandır. Eyni mövzuda iki il bundan əvvəl "Yeni Müsavat" bir yazı dərc etmişdi. Qəzetin redaktoru Azər Ayxanın özünün bilavasitə araşdırması nəticəsində aydın oldu ki, yazılanlar şər və böhtandır. Azər Ayxan bunu özü telefonla mənə deyib, üzrxahlıq edib.

Əgər "Yeni Müsavat" yenidən zəhmətə qatlaşıb eyni araşdırmanı aparsa, yazılanların yenə də şər-böhtan olduğunu görər. Ona görə hər yoldan ötənin yazılarının tələm-tələsik, araşdırılmadan verilməsi qəzetin özünə baş-ucalığı gətirmir.

Qaldı, Xortdanın cəhənnəm məktublarını xatırladan şər-şəbətənin bu böhtançı müəlliflərinə, onlar bu günlərdə qanun qarşısında cavab verəcəklər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar