Baş nazirin qızına aşağı qiymət yazan müəllim məktəbdən qovuldu

Riyaziyyat müəllimi Murad Özər Türkiyənin baş naziri Əhməd Davudoğlunun qızına aşağı yazdığına görə işdən uzaqlaşdırılıb.

Modern.az Türkiyənin “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, baş nazirin “Hacı Ömər Tarman Anadolu” liseyinin 9-cu sinfində oxuyan qızı Həcər Bukə dekabrın əvvəllərində riyaziyyatdan yazılı imtahandan aşağı qiymət alıb.

Məktəbin direktoru bu məsələyə müdaxilə etmək istəsə də, müəllim onun göstərişinə tabe olmayıb. İnsident barədə xəbər tutan Əhməd Davudoğlunun müşaviri məktəbdən izahat tələb edib.

Qısa müddətdəri yaziyyat müəllimi Murad Ömər işdən uzaqlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar