Məhəmməd Əli xəstəxanada

Məşhur boksçu Məhəmməd Əli sətəlcəm (ağ ciyər iltihabı) diqnozu ilə xəsətxanaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, boksçunun təmsilçiləri bildiriblər ki, Məhəmməd Əli xəstəxanaya şənbə günü yerləşdirilib. Həkimlərin sözlərinə görə isə xəstəlik 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükə yaratmır və o, tezliklə evə buraxılacaq.

Qeyd edək ki, Məhəmməd Əli öz karyerası ərzində 61 döyüş keçirib, 56-da qalib qəlib. Qələbələrin 37-ni nokautla əldə edib. Onun döyüş taktikası isə hələ də istifadə edilir. 1999-cu ildə isə əfsanəvi boksçu "Əsrin idmançısı" adını alıb.

Məhəmməd Əli 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar