"Biz Putinin əsgərləriyik"-Ramzan Kadirov

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Ramzan Kadirovu terrorçu ailələrinin cəzalandırılacağına dair açıqlamalarına görə tənqid edib. Musavat.com-un məlumatına görə, jurnalist prezidentdən "Konstitusiyanın təminatı olaraq mühakiməsiz edama məhkum olan vətəndaşları qorumağı düşünürsünüzmü?" deyə soruşub.

V.Putin isə R.Kadirovu günahsız göstərməyə çalışasa da, "Yenə də heç kimin mühakiməsiz edama haqqı yoxdur" deyib.

R.Kadirov isə V.Putinin mətbuat konfransına münasibətini instagram sosial şəbəkəsi vasitəsiylə bildirib: "RF prezidenti Çeçenistandakı hücumlarla bağlı dediyim sözlərin vətəndaşlarımızın fikirləri ilə üst-üstə düşdüyünü dedi. Terrorçularla mübarizədə bu şəxslərin ailələrinin də məhkəmədə cavab verməsi dünya praktikasında var və etibarlı üsuldur.

Biz prezidentimizin bütün tapşırıqlarını yerinə yetirməyə hazırıq. Onun əsgərləriyik. Bu gün bu qədər çətin problemlərin qarşısında V.Putinin nə qədər böyük lider olduğunu bir daha görürük".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar