"Sisi və Mənsur da məhkəmədə cavab versinlər"- Məhəmməd Mursi

Misirdə hərbi çevriliş nəticəsində prezidentlikdən uzaqlaşdırılan Məhəmməd Mursi Konstitusiya Məhkəməsinin sədri Mansurun və Sisinin, prezident məqamını qəsb etdikləri üçün məhkəmə qarşısında cavab verməsini tələb edib.

Musavat.com-un məlumatına görə, M.Mursi və daha 130 nəfərin növbəti məhkəmə prosesi keçirilib.

25 Yanvar 2011-ci il inqilabında baş verən hadisələr zamanı həbsxanadan qaçmaqda günahlandıran M.Mursi bunun uydurma ittiham olduğunu bildirib.

M.Mursi deyib: "Prezidentliyə namizədliyim zamanı bu məsələ gündəmə gətirildi. Həbs olunmağım və qaçmağım səbəbiylə də haqqımda cinayət işi açıldı. Namizədliyim qeydə alınmadı. Məhkəmə isə həbsdə qalmağımın qanunazidd olduğuna dair qərar çıxardı".

M.Mursi həmçinin bildirib ki, prezidentliyi dövründə də məhkəmənin qərarına təsir etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar