BAKI POLİSİNDƏ DAHA 2 QOVULMA – Mirqafar Seyidovun gecə yoxlaması

Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidovun kadr islahatları və tabeliyində olan qurumlarda apardığı yoxlamalar davam edir.

AzNews.az xəbər verir ki, onun göstərişi ilə aparılan yoxlamalar zamanı iki yol polisinin nöqsanları aşkarlanıb və onlar dərhal işdən qovulublar.

Məlum olub ki, Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin iki əməkdaşı - Rahib Quliyev və Sərhəd Rəsulov səhərə kimi xidmət aparmalı olduğu halda idarə etdikləri 10 YP 532 nömrəli avtomobili dayanacaqda saxlayaraq evlərinə gediblər.

Bu isə çox keçmədən Mirqafar Seyidovun gecə nəzarətçiləri tərəfindən aşkarlanaraq protokollaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar