ABŞ iki il hazırladı, İŞİD-ə qoşuldular- 2 minlik Yərmuk taboru

<strong>Suriyada hökumətə qarşı savaşan Yərmuk taboru İŞİD-ə qoşulduğunu bəyan edib. İsrail kəşfiyyatına yaxın “Debka” saytının məlumatına görə, qruplaşmanın 2 minə yaxın döyüşçüsü son iki ildə İordaniya ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatçıları tərəfindən hazırlanıb.

Əsasən Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən Yərmuk qruplaşmasının qəflətən mövqeyini dəyişərək İŞİD-ə qoşulması Suriyanın qərb bölgəsində, o cümlədən Colan təpələri ərazisində ABŞ və İordaniya mövqelərini, Cənubi Suriyada isə Qərb tərəfdarı müxalifləri köməksiz qoyub.

Məlumatda o da qeyd olunur ki, son iki həftədə qruplaşma daxilində İŞİD-ə qoşulmaqla bağlı gərgin mübahisələr davam edib.

Mübahisələrin sonunda əldə olunan razılığa əsasən qruplaşma tamamilə İŞİD-ə qatılmasa da əməliyyatlarını dəstəkləyəcək. Bu isə Suriyanın İordaniya sərhədində ciddi dəyişikliyə gətirir. Çünki hazırda İsrailin Suriya ilə sərhədlərini təşkil edən 75 kilometrlik ərazinin 45 kilometrini qoruyan bir qruplaşmanın İŞİD-in tərəfinə keçməsi həm də bu bölgənin İŞİD-in nəzarətinə keçməsi anlamına gəlir.

Bundan başqa Dərada möhkəmlənən Yərmuk batalyonu Suriyanın İordaniya ilə sərhədlərini nəzarət altına almış olur ki, artıq bu ərazilərdə əsas güc İŞİD-ə bağlı silahlılar olacaq. Ancaq son 3 ildə bu bölgə əsasən Qərbyönlü qruplaşmaların nəzarətində olub. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar